ÇAY MƏNBƏYİ

çayın başlandığı yer. Göl, bulaq, buzlaq dili, bataqlıq Ç.m. ola bilər. Böyük çaylar üçün mənbə şərti olaraq müxtəlif adlı iki çayın birləşdiyi yer hesab edilir.
ÇAY MEYLİ
ÇAY MƏNSƏBİ
OBASTAN VİKİ
Çay mənbəyi
Çayın mənbəyi — çayın başlandığı yer. Mənbə əsasən bulaq, göl, buzlaq, bataqlıq və ya digər iki çayın birləşməsi ola bilər. Xəritələrdə adətən eniş sahələr mənbə olaraq göstərilir. Çay sistemində çoxlu sayda mənbələr olsa da, mənsəbdən ən uzaqda yerləşən mənbə əsas hesab edilir. Başlanğıcını bataqlıqdan götürən çaylara misal kimi Volqa çayını göstərmək olar. Amur çayı Arqun və Şilki, Ob çayı isə Biya və Katun çaylarının birləşməsindən yaranır. Azərbaycan ərazisindən axan Qurbağalı çayının mənbəyi Kiçik Alagöldür. Çay Kiçik Alagöldən başlayaraq Böyük Alagölə tökülür.
Cərəyan mənbəyi
Cərəyan mənbəyi, üzərindəki gərginlikdən asılı olmayan bir elektrik cərəyanı verən və ya udan bir elektron dövrədir. Cərəyan mənbəyi adından da məlum olduğu kimi dövrəni cərəyanla enerji ilə təmin edir. Cərəyan özü naqildə elektronların nizamlı hərəkət etməsidir. Cərəyan mənbəyinin funksiyası isə naqildəki elektronları hərəkətə gətirməkdir. qısası dövrədə cərəyanı yaradan elektrik mənbəyidir.Cərəyan mənbəyinin iki növü var: Sabit Cərəyan mənbəyi Dəyişən cərəyan mənbəyi Sabit cərəyan mənbəyinin iki qütbü olur. müsbət (+) və mənfi (-). Bu mənbədə elektronlar mənfi qütbdən çıxıb müsbət qütbə doğru gedirlər və ancaq bir istiqametdə sabit sürətlə gedirlər. Ona görə də belə mənbələr sabit cərəyan mənbələri adlanır. (məsələn: batareyalar, akumulyatorlar və s) Dəyişən cərəyan mənbələrində isə elektronlar gah bir qütbdən digərinə, gah da əksinə qayıdırlar. Elektronlar bir istiqamətdə və sabit sürətlə getmədiyindən belə cərəyan dəyişən cərəyan adlanır Gərginlik mənbəyi "Current Sources & Voltage References" Linden T. Harrison; Publ.
Gərginlik mənbəyi
Gərginlik mənbəyi sabit bir gərginliyi saxlaya bilən iki terminallı bir cihazdır.
Güc mənbəyi
Qida bloku- (ing. power supply unit) kompüterin korpusunun içərisində sistem lövhəsi ilə yanaşı yerləşən xüsusi funksiyaya malik qurğu. Qida blokunun bir sıra vəzifələri var: Ötürülən gərginliyi qəbul edərək, dəyişən cərəyanı sabit cərəyana çevirir; Gərginliyi sistem lövhəsinə və onun elementlərinə paylayır; Xarici yaddaş qurğularına gərginlik ilə təmin edir; Sərinkeş vasitəsilə sistem blokunun içərisinidəki temperatoru nizamlayır; Qida blokunun əsas texniki xarakteristikası onun gücüdür. Gücün (görülən işin bu işin görülməsinə sərf olunan zaman müddəti) vahidi vattdır. Sistem blokunun daxilinə nə qədər çox qurğular quraşdırılarsa, (yaddaş qurğuları, yaddaş mikrosxemləri, genişləndirmə lövhələri və b.) qida bloku da daha güclü olmalıdır. Adi kompüterlər 150–200 vatt , daha güclü sistemlər isə 300 və hətta 350 vatt güc işlədir. Kompüter çalışarkən əsasən çıxan səs mənbəyi məhz qida blokunun səsidir, daha doğrusu sistem blokunun daxilində temperaturu tənzimləmək üçün qida blokunda quraşdırılmış sərinkeşdir.
Hüququn mənbəyi
Hüququn mənbəyi (forması) — hüquq normalarının möhkəmləndirilməsi üsulu. Bəzi alimlər hüququn mənbəyini və ifadə formasını müəyyən edir, digərləri isə onlar arasında fərq qoyur, mənbəni hüquq qaydalarını yaradan hadisə kimi, ifadə formasını isə mahiyyət etibarı ilə mənbə ilə üst-üstə düşməyən bir növ “ normalar konteyneri ” kimi müəyyən edirlər. . Hüququn ilk mənbəyi hüquqi adət hesab edilməlidir. Maddi, ideoloji və rəsmi (hüquqi) mənada hüququn mənbələri arasında fərq qoyulur. Maddi mənada hüququn mənbəyi ictimai münasibətlərin özüdür, yəni cəmiyyətdəki maddi həyat şərtləri, iqtisadi münasibətlər sistemi, cəmiyyətdə mövcud olan mülkiyyət formaları və s. İdeoloji mənada hüququn mənbəyi hüquqi şüur və hüquq mədəniyyətidir. Bu, həm qanunvericilərin hüquqi şüuruna, həm də insanların hüquq şüuruna aiddir ki, bu da hüququn formalaşmasına təsir göstərir. Formal (hüquqi) mənada hüququn mənbəyi hüquq normalarının möhkəmlənməsi və mövcudluğu yoludur. Tarixi və siyasi mənada hüququn mənbələrindən də danışmaq olar: tarixi mənada o, müxtəlif hüquqi abidələri təmsil edir (məsələn, Manu qanunları), siyasi mənada isə hüququn mənbəyi dövlət kimi başa düşülür. Müəyyən bir ölkədə mövcud olan hüquq mənbələrinin tərkibi və sistemi tarixi xüsusiyyətləri və bu ölkənin hüquq sisteminin müəyyən bir hüquqi ailəyə ( anqlo-sakson, romano-german, sosialist və s.) mənsubiyyəti ilə müəyyən edilir.
Güc mənbəyi problemləri
Kompüterin gücü (ing. computer power) – kompüterin müəyyən işi görə bilmək bacarığı (imkanı). Əgər kompüterin gücünü, onun müəyyən zaman aralığında yerinə yetirdiyi komandaların sayı kimi təyin etsək, onda gücü bir saniyədə milyon komandalarla (million instructions per second, MIPS) və ya bir saniyədə sürüşkən nöqtəli milyon əməliyyatlarla (MFLOPS) ölçmək lazımdır. Maşının imkanlarını qiymətləndirərkən, qarşıya qoyulan məqsəddən asılı olaraq, onun gücünü başqa üsullarla da ifadə etmək olar. İstifadəçilər və ya alıcılar gücü çox zaman operativ yaddaşın həcmi, prosessorun işləmə sürəti və ya kompüterin bir dəfəyə emal etdiyi bitlərin sayı (8, 16, 32 və s.) kimi terminlərlə xarakterizə edirlər. Beləliklə, bu cür qiymətləndirmələrə çox zaman başqa amillər də cəlb olunur; onlardan ən önəmli ikisi bunlardır: kompüterin komponentləri nə dərəcədə birgə işləyə bilər və onlardan tələb olunan funksiyalara nə dərəcədə uyğundurlar. Kompüter çoxlu elementlərdən ibarət olduğundan, onun gücü hər bir komponentdən, o cümlədən istifadəçidən də asılı olur. Güc mənbəyi (ing. power supply) kompüterin korpusunun içərisində sistem lövhəsi ilə yanaşı yerləşən xüsusi funksiyaya malik qurğudur. Güc mənbəyinin bir sıra vəzifələri var: Ötürülən gərginliyi qəbul edərək, dəyişən cərəyanı sabit cərəyana çevirir; Gərginliyi sistem lövhəsinə və onun elementlərinə paylayır; Xarici yaddaş qurğularına gərginlik ilə təmin edir; Ventilyatoru vasitəsilə sistem blokunun içərisinidəki temperatoru nizamlayır; Güc mənbəyi kompüterin müxtəlif komponentləri içərisində elektriklə təchiz etmənin əsas komponenti sayılır.Onun funksiyalarına elektrik enerjisinin dəyişdirilməsi ilə yanaşı mütləq müəyyən edilmiş ötürücü kompüterin hər hansı komponentinə ötürülməsidir.Ona görə də güc mənbəyi ilə bağlı olan hər hansı problemlər sonda bütün sistemin nasazlığına gətirib çıxara bilər.
Sülh Mənbəyi əməliyyatı
Sülh Bulağı əməliyyatı (türk. Barış Pınarı Harekâtı; bəzi mənbələrdə Sülh Mənbəyi əməliyyatı və ya Sülh Çeşməsi əməliyyatı kimi tərcümə olunur) — Türkiyə Silahlı Qüvvələrinin və Azad Suriya Ordusunun Suriyanın şimalında tək tərəfli muxtariyyət elan edən Rojavadakı silahlı qüvvə olan Suriya Demokratik Qüvvələrinə qarşı başladılan hərbi əməliyyat. Əməliyyatın başladığını elan edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatın "PKK/YPG və İŞİD terror təşkilatlarına qarşı " başladıldığını açıqlamış və məqsədinin "Türkiyənin cənub sərhədində yaradılmasına çalışılan terror koridorunu yox etmək və bölgəyə sülh və hüzur gətirmək " olduğunu bildirmişdir. Türkiyə hökumətinin Şimali Suriyaya müdaxilə etmə təhdidinin ardından 2019-cu ilin avqust ayında Türkiyə ilə ABŞ arasında Suriya Demokratik Qüvvələrini Suriyada İŞİD-ə qarşı hərbi müdaxilədə kilid müttəfiqlərindən biri olaraq görən razılaşma əldə edildi. Razılaşma izləmə və ortaq patrul yolu ilə Türkiyənin "təhlükəsizlik narahatlığını" ələ alaraq gərginliyi ortadan qaldırmağı məqsədləyən təhlükəsiz bölgəni qurarkən, SDQ-nin o dövrdə nəzarəti altındakı ərazilər üzərində hakimiyyəti əlində tutmasına icazə verdi. Razılaşma ABŞ və SDQ tərəfindən müsbət qarşılansa da, Türkiyə razılaşmadan məmnun deyildi. Türkiyə hökumətinin məmnuniyyətsizliyi Türkiyənin təhlükəsiz bölgənin əhatə etdiyi sahəni genişlətmək, Türkiyənin ərazinin bir qismi üzərində nəzarətini zəmanətə almaq və ya milyonlarla qaçqını bölgəyə yerləşdirmək kimi bir neçə cəhdinə səbəb oldu. Bu cəhdlərin hamısı sərt SDQ müqaviməti və ABŞ tərəfindən edilən açıqlamalar nəticəsində uğursuz oldu. ABŞ-Türkiyə quru patrul nəzarətinin rəsmi olaraq işə başlamasına, SDQ-nin düşərgələrinin sökülməsinə və YPG qüvvələrinin təhlükəsiz bölgənin bir qismindən geri çəkilməsinə baxmayaraq, Türkiyə və SDQ arasında münasibətlər daha da gərginləşdi. Türkiyənin razılaşmanın status-kvosundan duyduğu narahatlıq prezident Ərdoğanın SDQ-i hədəfləyən çıxışları ilə daha da çıxılmaz hal aldı.
İşıq Mənbəyi (1981)
Delta (çay)
Delta — çayların mənsəblərində gətirilmə çöküntülərindən əmələ gəlmiş geniş düzənliklərdi. Çayın yatağı deltada bir çox qollara ayrılır. Delataların meydana gəlməsində çay və dəniz suyunun hərəkətləri(qabarmalar), sahillərin forması, quru və dəniz dibinin hündürlük fərqi əsas rol oynayır. İlk mərhələdə sualtı deltalar əmələ gəlir (Hind, Şimali Dvina çaylarında). Sonra, çəküntülərin qalınlığı artdıqca körfəzin işçərilərinə yerləşmiş deltanın özü (Qanq və Brahmaputranın deltası) və dənizə irəliləmiş deltalar meydana gəlir ( Lenanın, Volqanın, Missisipi və digər bir çox çayların deltaları) Deltaların əmələgəlməsində və böyüməsində dəniz fəal iştirak edir. Axınlar və sahilə çarpan ləpələr mənsəbqabağı tirələri dəniz qumu ilə örtür, deltaların böyüməsinə səbəb olur. Bəzən deltalar (məsələn, Kamçatka çaylarının deltaları) dəniz axınlarının gətirdiyi çöküntülərdən ibarətdir, çayın rolu belə halda ancaq passiv olur. Nəhayət, bəzi çaylar (məsələn, Neva) saxta deltalı olur. Nevanın suyu olduqca təmizdir; gətirilmə çay çöküntüləri çox nazik lay — sualtı delta və deltaqabığı say əmələ gətirir. Sankt-Peterburqun salındığı adalar çay çöküntülərindən əmələ gəlməmişdir, onlar materikin Neva tərəfindən parçalanmış qədim ovalıq hissələridir.
Efemer çay
Elba (çay)
Elba (çex. Labe, alm. Elbe‎, lat. Albis) — Şimal dənizi hövzəsində çay, əsasını Çexiyadan götürür. Əsasən Almaniya ərazisindən keçir. Dünya bəşər irsi siyahısına daxildir.
Geqa (çay)
Geqa - Abxaziyanın Qaqra rayonundan Qara dənizə axan çay. Təxminən 1640 m yüksəklikdən başlayır. Çayın ümumi uzunluğu 25,6 km, orta mailliyi 59 m/km-dir. Hövzəsinin sahəsi - 421 km². Geqa çayı Bzib çayının sağ qollarından biridir və onların ən böyüyüdür. Çayın yatağı çox dar və mənzərəli dərədə yerləşir, buna görə də çay bütün uzunluğu boyunca sürətli axınlar və şəlalələrlə doludur. Bir yerdən çay “Çərkəz şəlaləsi” kimi tanınan karst mağarasının içindən, yerin altından axır və yeraltı dəhlizlərdən və mağaralardan 315 metr keçdikdən sonra qayadan qoparaq şəlalədən axır. Çərkəz şəlaləsi və Geg şəlaləsi turistlərin tez-tez ziyarət etdiyi yerdir. Abxaziyanın görməli yerlərindən biridir. Отчёт о водном путешествии с эл.
Gizeldon (çay)
Gizeldon çayı, həmçinin Gizel 'don (rus. Гизельдон , Gizeljdon ; oset. Джызæлдон, Džyzældon) — Ardon çayının sol qolu və Vladikavkaz ərazisində, Şimali Osetiya-Alaniyada çay. Uzunluğu 81 kilometr, hövzəsinin sahəsi isə 604 km²-dir. Çox qayalı və 4000 metr zirvəsi olan dərənin ərazisi uçqunlara meyillidir. 1967–1968-ci illərdə 30-dan artıq belə hadisələrin olduğu bildirilmişdi. Ərazi "dəli, qazlı ərazi" kimi təsvir olunur və heyvandarlıq, taxtaçılıq və qurğuşun-sink mədənləri Gizeldon vadisi xalqının əsas iqtisadi vəzifəsi olmuşdur. Gizeldon çayı üzərində bir su-elektrik stansiyası tikilmişdir.
Göyçay (çay)
Göyçay — Kürün sol qoludur. Qəbələ, İsmayıllı, Göyçay,Ucar və Zərdab rayonları ərazisindən axır. Uzunluğu 115 km, hövzəsinin sahəsi 1770 km²-dir. Başlanğıcını Böyük Qafqazın cənub yamacından (1980 m) alaraq süni kanal vasitəsilə Kürə tökülür. Cənub yamacından axan çaylar arasında ən çox sululuğa malik olması ilə fərqlənir. Başlıca olaraq sağdan: Qalacıq (uzunluğu 18 km), Vəndam (uzunluğu 36 km), soldan isə Əyriçayı (uzunluğu 36 km) qəbul edir. Axımı qar (12%), yağış (28%) və yeraltı (60%) sulardan əmələ gəlir. Çayın orta illik su sərfi 12,0 kub m/san-dir. Bununda 30–35%-i yaz, 20–25%-i yay, 18–22%-i payız, 15–17%-i isə qış fəsillərində keçir. Asılı gətirmələr həcminin böyüklüyünə görə Göyçay, Böyük Qafqazın cənub yamacından axan Türyan-çaydan sonra ikinci yeri tutur.
Gərgər (çay)
Gərgər - İranın Xuzistan ostanının Şuştər şəhərində Karun çayının bir qolu.
Hari (çay)
Hari (ind. Batang Hari, digər adları Batanqxari, Cambu) — İndoneziyanın Sumatra adasında olan ən uzun çay. Bir çox mənbələrə görə uzunluq 600-800 km arasında dəyişir. Hari çayı öz mənbəyini dəniz səviyyəsindən 1531 metr yüksəklikdən, Qununq Rasam (2585 m) dağının yamaclarından götürür. Qununq Rasam dağı Barisan silsiləsinə daxil olub Qərbi Sumatrada yerləşir. Çay ilk öncə cənuba istiqamətində axır, daha sonra şərq meyillənir. Çay əsasən bataqlaşmış düzənlik ərazilərdən axır . Hari çayı Qərbi Sumatranın iki dairəsini (Cənubi Solok, Dharmasraya) və Cambi əyalətinin beş dairəsini (Bunqo, Tebo, Batanqhari, Muaro-Cambi, Şərqi Tancunq-Cabunq) kəsib keçir. Hari çayının mənsəbi Berhala körfəzidir. Körfəz Cənubi Çin dənizi hövzəsinə aiddir .
Hind (çay)
Hind (tib. སེང་གེ།་གཙང་པོ Sênggê Zangbo, çin. 印度河 Yìndù Hé, hind. सिन्धु नदी, q.pənc. دریاۓ سندھ Sindh, puşt. اباسين Abāsin, sindhi سنڌوندي Sindhu, urdu دریائے سندھ, q.türk Sindu Ögüz) — Cənubi Asiyada çay.
Həkəri (çay)
Həkəri (Əkərə) — Arazın sol qoludur. Laçın, Qubadlı və Zəngilan rayonları ərazisindən axır. Uzunluğu 113 km (Şəlvəçayın mənbəyindən hesablandıqda 155 km), hövzəsinin sahəsi 2570 km2-dir. Kiçik Qafqazın Azərbaycan daxilində Tərtərçaydan sonra (Bazarçayla birlikdə) ikinci böyük çayıdır. Başlanğıcını Mıxtökən silsiləsinin cənub yamacından, Şiştəpə zirvəsindən 3,5 km şərqdə 2580 m yüksəklikdən alan Şəlvəçay və Hocazsuçay çaylarının qovuşmasından (950 m) əmələ gəlir, Zəngilan rayonunda Araz çayına birləşir. Başlıca qolları, sağdan Hocazsuçay (uzunluğu 43 km), Zabuxçay (uzunluğu 51 km), Ağsuçay (uzunluğu 25 km), soldan Şəlvəçay (uzunluğu 42 km), Piçənisçay (uzunluğu 29 km), Xoznavar (uzunluğu 14 km) çaylarıdır. Axımı qar (23%), yağış (1-5%) və yeraltı (62%) sulardan əmələ gəlir. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir. Daşqın dövründə (aprel-iyun aylarında) illik axımının 60-70%-i keçir. Çayda ən az su sərfi qış aylarında müşahidə edilir.
Kaparça (çay)
Kaparça (gürc. კაპარჭინა) — Gürcüstanın Poti şəhəri yaxınlığında yerləşən çay. Çayın uzunluğu 7 km, hövzəsinin sahəsi 535 km². Çay mənbəyini bataqlıq meşədən götürərək, sağdan Çerpalka çayına birləşir. Paleostomi gölündən axan kanal çayın mənbəyində çaya birləşir. 1831-ci ildə bu yerləri ziyarət edən Fredirik Duboys de Monperu yazırdı::Kapar-çay Maltavka çayı ilə birləşir və onların suları yüz addımlıq ərazidən axır". 1973-cü il yanvarın 13-də Olimpiya çempionu Yuliya Ryabçinskaya təlim-məşq toplanışı zamanı Kaparça çayında boğulmuşdur.. Məşqdən qayıdan idmançının qayığı buz parçasına çırpılaraq aşmışdır. Апхазава И. С., Грузинская Советская Энциклопедия, Том 5, Ст.
Kelasur çay
Kelasur və yaxud Kelasuri, həmçini Kelaşir - Abxaziyadan Qara dənizə axan çay. Mənşəyi Bzıb silsiləsinin Himsa buzlaqında yerləşir. Kelasuri birinci Kelasuri ilə ikinci Kelasurinin qovuşduğu yerdən başlayır. Çay Suxumi rayonu və Gulrıpş rayonlarının inzibati sərhədi boyunca axır. Çay buzlaqlar və yağış suları ilə qidalanır. Mayın əvvəlində su sərfi təxminən 20-25 m³/s təşkil edir. Kanalın əhəmiyyətli hissəsi yarğandan keçir. Çay Suxuminin mərkəzindən 5 km aralıqda Qara dənizə axır. Abxaziyanın ən böyük çaylarından biridir. Лист карты K-37-XII. Масштаб: 1 : 200 000.
Konqo (çay)
Konqo çayı və ya Zair çayı — Mərkəzi Afrikanın Ekvator bölgəsində, 4370 km uzunluğunda bir çaydır. Uzunluğu 4370 km-dir. Dənizə, saniyədə 80000 kubmetr su axıdar. Zair ilə şimal və şərqdəki qonşuları arasında sərhəd çəkən Konqo çayı, dərhal bütün qollarını Zairdən alır. Bir dövr Zair Çayı olaraq da adlandırılmışdır. Orta Qərbi Afrikanın ən uzun çayıdır. Dünyanın ən uzun 8 çayından biridir. Ekvator xəttini iki dəfə kəsir. Dünyada yeganə çaydır ki, ekvatoru iki dəfə kəsir. Adı Konqo adı bir vaxtlar çayın cənub sahilində yerləşən Konqo Krallığından yaranıb.
Lika (çay)
Lika — Xorvatiyanın Lika bölgəsində çay. 78.1 kilometr uzunluqdadır və 1.570 kvadrat kilometr sahəsi olan bir hövzəyə malikdir. Çayın mənbəyi 596 metr hündürlükdə olan Velebit dağından axan bulaqlardan başlayır. Əsas qolları solda Novçika və Otesika, sağda Qlamoçika və Yadovadır. Çayın üzərində uzunluğu 70 m və eni 5.5 metr olan Kosinc körpüsü tikilmişdir. Çayda tez–tez daşqınlar olduğu üçün suyun axmasını asanlaşdıran silindrik yarıqlarla inşa edilən körpü 1936-cı ildən istifadəyə verilmişdir. Lika çayı üzərində Su elektrik stansiyaları qurulub. 1971-ci ildə Senj SES və Sklope SES su ehtiyaclarını ödəmək üçün çayın qarşısını kəsərək süni Krusçika gölü yaradıldı. Hər 10 ildən bir süni gölün dibini, bənd konstruksiyalarını və hidromexanik avadanlığını yoxlamaq,aşınmaları düzəltmək üçün gölün suyu boşaldılır. 2010-cu ildə göl yenidən boşaldıldı.
Mara (çay)
Mara — Keniya və Tanzaniyada çay. Uzunluğu 395 km-ə yaxındır. Mənbəyi Tanzaniyanın mərkəzi hissəsindədir. Çay öz adını Masayi-Mara qoruğuna verib.
Meqhna (çay)
Meqhna çayı (benq. মেঘনা নদী) — Qanq deltasını, yer üzündəki ən böyük deltanı meydana gətirən və Benqal Körfəzinə axan üç çaydan və Banqladeşdəki ən əhəmiyyətli çaylardan biridir. . Çandpur əyalətində ən böyük qolu olan Padma ilə birləşir. Meqhna Tetulia (İlşa), Şahbazpur, Hatia və Bamni adlanan dörd əsas qol vasitəsilə Benqal körfəzinə tökülür. Meqhna tamamilə Banqladeş sərhədləri içərisində axan çaylar arasındakı ən geniş çaydır. Bhola yaxınlığındakı bir nöqtədə, Meqhna 12 km genişliyindədir. Meqhna Hindistanın şərqindəki dağlıq bölgələrdən qaynaqlanan Surma və Kuşiyara çaylarının birləşməsindən meydana gəlir. Meqhnanın yuxarı axarları Yuxarı Meqhna kimi istinad edilir. Çay Padma ilə birləşdikdən sonra, Aşağı Meqhna adlanır. Komilla rayonunda Meqhna onun su axınını əhəmiyyətli dərəcədə artıran Gumti çayı ilə birləşir.
Meqxna (çay)
Meqhna çayı (benq. মেঘনা নদী) — Qanq deltasını, yer üzündəki ən böyük deltanı meydana gətirən və Benqal Körfəzinə axan üç çaydan və Banqladeşdəki ən əhəmiyyətli çaylardan biridir. . Çandpur əyalətində ən böyük qolu olan Padma ilə birləşir. Meqhna Tetulia (İlşa), Şahbazpur, Hatia və Bamni adlanan dörd əsas qol vasitəsilə Benqal körfəzinə tökülür. Meqhna tamamilə Banqladeş sərhədləri içərisində axan çaylar arasındakı ən geniş çaydır. Bhola yaxınlığındakı bir nöqtədə, Meqhna 12 km genişliyindədir. Meqhna Hindistanın şərqindəki dağlıq bölgələrdən qaynaqlanan Surma və Kuşiyara çaylarının birləşməsindən meydana gəlir. Meqhnanın yuxarı axarları Yuxarı Meqhna kimi istinad edilir. Çay Padma ilə birləşdikdən sonra, Aşağı Meqhna adlanır. Komilla rayonunda Meqhna onun su axınını əhəmiyyətli dərəcədə artıran Gumti çayı ilə birləşir.